Azərbacyan,Bakı/müxbir Trend /Koreyalı mütəxəssislər Azərbaycanın Nəqliyyat Nazirliyində Bakı şəhərində "Nəqliyyatın intellektual idarə edilməsi" sisteminin yaradılması layihəsinin təqdimatını keçirib. Bu barədə nazirlikdən məlumat verilib. Görüş Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərliyi altında keçib.
Görüşdə bu sistemin Seulda tətbiqinin üstünlükləri və Bakıda aparılan konsaltinq işləri barədə məlumat təqdim olunub.
Bu sistemin yaradılması avtonəqliyyat vasitələrinin hərəkəti, sürəti, dayanacaqlar, nəqliyyat qəzaları, tıxac və digər hadisələr haqqında operativ məlumatın mərkəzi dispetçer məntəqəsinə ötürülməsinə imkan verəcək.