...

Azərbaycan və Koreya Bakıda gəmi hazırlamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2007 14:03 (UTC +04:00)
Azərbaycan və Koreya Bakıda gəmi hazırlamaq niyyətindədir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" SC aprelin 24-də Seulda Koreyanın STS holding-i ilə Azərbaycanda gəmi inşası layihəsinin birgə maliyyələşdirilməsi niyyətilə memorandum imzalamağı planlaşdırır. Bu barədə şənbə günü AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

Onun sözlərinə görə, gəmiqayırma zavodu Bakı yaxınlığında inşa olunacaq. Hazırda bu layihədə holding əsas səhmdar kimi çıxış edəcək. AİŞ isə müvafiq olaraq 25 faiz paya sahib olmaq niyyətindədir.

Hazırda STS-in ekspertləri Bakıda layihənin hüquqi tərəflərinin işlənməsi üzrə işlər aparır. Memorandum imzalandıqdan sonra onlar texniki məsələlərə keçəcəklər.

Layihənin ilkin dəyəri Koreyaya baş tutacaq səfər zamanı müəyyənləşdiriləcək.

STS - holding iqtisadiyyatın müxtəlif sahələrində t əcrübəyə malikdir. Holding-n ekspertləri birgə investisiyaların mümkün olduğu sahələri araşdırır və bu işdə quruma kömək edirlər",-deyə AİŞ rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti