...

Sədr müavini: Dövlət müəssisələri Hesablama Palatasına münasibətlərini dəyişiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Ağazade, S.Babayeva/ Ölkənin son 3 ildə yüksək iqtisadi inkişafını nəzərə alsaq, Azərbaycan Hesablama Palatasının rolu daha da əhəmiyyətlidir. Bu barədə çərşənbə axşamı palatanın sədr müavini Abbas Allahverdiyev bildirib.

Onun sözlərinə görə, ötən ildə dövlət qurumu 18 audit yoxlaması aparıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İB-də, Keşlə yükdaşıma stansiyasında, notariat kontorlarında, Xarici Dillər Universitetində, Təhsil Nazirliyində, Xətai bələdiyyəsində vergi gəlirləri üzrə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit vasitələri üzrə, ARDNF-də ayırmalar üzrə, İctimai Teleradiyoyayım şirkətində (ITV) yoxlamalar aparılıb.

Allahverdiyevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə dövlət müəssisələrinin Hesablama Palatasına olan münasibətində dəyişiklik müşahidə olunur. Hesablama Palatasının rəylərindəki sistem xarakterli çatışmazlıqlar mərhələ-mərhələ aradan qaldırılır. Amma çatışmazlıqlar da var ki, onları aradan qaldırmaq lazımdır. Məsələn, bura bələdiyyələrin büdcə vəsaitləri üzərində nəzarətini aid etmək olar.

"Əvvəlki kimi, bəzi dövlət müəssisələrində auditin keçirilməsinə şəraitin yaradılması məsələsi həll edilməmiş qalmaqdadır. Verilmiş sorğulara zamanında mahiyyəti üzrə cavab almaqda çətinliklər mövcuddur",-deyə Allahverdiyev bildirib.

Milli Məclisin deputatları Əli Məsimli, İqbal Ağazadə, Gülər Əhmədova və Zahid Oruc çıxışlarında məruzəni tənqid edərək palatanın öz funksiyalarını lazımı səviyyədə yerinə yetirmədiyini bildiriblər.

"Yaxın zamanlarda Hesablama Palatasının fəaliyyətində ciddi dəyişikliklər aparılmalıdır",-deyə deputatlar bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti