...

Azərbaycanın Nəqliyyat Nazirliyi Gürcüstan sərhədinədək sürətli qatarın yaradılması layihəsi ilə bağlı təklifləri razılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova /Azərbaycanın Nəqliyyat Nazirliyi koreyalı məsləhətlətçilərlə Gürcüstan sərhədinədək sürətli qatarın yaradılması layihəsi çərçivəsində təklifləri razılaşdırıb. Nazirlikdən verilən məlumata görə, məsləhətçilərin bu təklifləri müvafiq istiqamətdəki dəmir yolunun vəziyyəti araşdırıldıqdan sonra hazırlanıb. "Həmin ekspertlər Cənubi Koreya Nəqliyyat Nazirliyi və Koreyanın nəqliyyat institutunun himayəsi altında cəlb edilir. Bu strukturlarla nazirlik sıx əməkdaşlıq edir"- deyə nazirlikdən bildiriblər.

Hazırda Bakı-Böyük Kəsik-Gürcüstan sərhədi istiqamətindəki dəmir yolunda qatar 30 km/c sürəti ilə hərəkət edir. Yalnız bəzi hissələrdə sürət 160 km/s-a çatır. Azərbaycan nəqliyyatçılarının ilkin mərhələdə sürətin 80 km/s-dək, sonra isə 160 km/s-dək artırılması ilə bağlı təkliflər məsləhətçilər tərəfindən qəbul edilib. Paralel olaraq yerdə aşağı infrastrukturun tikinitisi zamanı əlavə xərcləri istisna etmək məqsədilə tədbirlərin görülməsi nəzərdə tutulur.

Layihənin dəyəri texniki-isqtisadi əsaslandırmadan asılı olacaq. Koreyalılarla yanaşı müvafiq istiqamətdə araşdırmaları Yaponiyanın beynəlxalq əməkdaşlıq bankının (JBİC) məsləhətçisi Itochu Corporation apırır. Itochu Corporation bankın texniki yardımının vəsaitləri hesabına layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır (250-280 min dollar).

Qeyd edək ki, sürətli qatarın yaradılması Bakı-Böyük Kəsik-Gürcüstan sərhədi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində nəzərdə tutulur. Nəqliyyat Nazirliyində hesab edirlər ki, Azərbaycanın dəmir yolunun bir çox hissələri yenidən qurulmalıdır. Bu üzdən də maliyyə vəsaitləri müxtəlif mənbələrdən cəlb oluna bilər. Sürətli qatarlara şimal, cənub, şəhərətrafı elektriçkalar və Sumqayıt istiqamətdə ehtiyac var. Bu tədbirlər 2007-2010-cu illər üçün nəzərdə tutulan dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi dövlət proqramı çərçivəsində nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti