...

Azərbaycanda "quş qripi" üzrə növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 17:31 (UTC +04:00)
Azərbaycanda "quş qripi" üzrə növbəti monitorinq başlayıb

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2007-ci ildə "quş qripi"nin aşkarlanması üzrə altıncı monitorinqinə başlayıb. Bu barədə bazar ertəsi Dövlət Xidmətindən məlumat verilib.

Monitorinq baytarlıq xidməti, ekologiya, səhiyyə nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən köçəri quşların müvəqqəti yaşayışı ehtimal olunan Pirallahı adası, Abşeron yarımadası, milli parkların ərazisində, Xəzər dənizinin sahilyanı xətti boyu ərazilərdə aparılır.

Bu gün komissiya Abşeron yarımadası üzrə monitoriq aparıb, növbəti günlər işlər Dəvəçi, Salyan, Agcabədi və digər yerlərdə aparılacaq. Monitorinq aprelin 27-dək davam edəcək. Laboratoriya tədqiqatlarının nəticələri mayın 5-də elan olunacaq.

2006-cı ilin aprelindən etibarən Azərbaycanda ölkə ərazisində virusu aşkar etməmiş 12 monitorinq aparılıb.

Buna baxmayaraq, ölkənin bütün sərhəd baytarlıq məntəqələri güclənmiş rejimdə işləyir, ova, vəhşi quşların satışı və istifadəsinə olan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti