...

Texniki nizamlama haqqında yeni qanun Azərbaycanda standartlaşdırma sistemini dəyişəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 19:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü çərçivəsində hazırlanmış "Texniki nizamlama haqqında" yeni qanun ölkədə bütün standartlaşdırma sistemini dəyişəcək, - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov belə hesab edir.

Çərşənbə axşamı Xəzər İnteqrasiya İşçi Klubunun (CIBC) şirkətləri ilə görüşdə agentlik rəhbəri məlumat verib ki, bu gün artıq ÜTT Katibliyindən rəy alınıb, dövlət müəssisələri və ÜTT ekspertlərinin rəy və tövsiyələrinə əsasən qanun layihəsi hazırlanıb. Növbəti addım qanun layihəsinin baxılmaq üçün Milli Məclisə təqdim olunmasıdır.

Xəbər lenti

Xəbər lenti