...

Dövlət Əmlak Komitəsinin rəhbəri: Azərbaycan büdcəsinə özəlləşdirmədən daxilolmalar 50% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 13:59 (UTC +04:00)
Dövlət Əmlak Komitəsinin rəhbəri: Azərbaycan büdcəsinə özəlləşdirmədən daxilolmalar 50% artıb

Azərbaycan, Bakı / Trend / 2006-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin birinci rübündə Azərbaycan dövlət büdcəsinə özəlləşdirmədən daxilolmalar 50 faiz artıb. Bu barədə Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin kollegiyasında qurumun rəhbəri Kərəm Həsənov məlumat verib.

Komitədən verilən məlumata görə, Həsənov bildirib ki, müvafiq müddət ərzində 40-dək dövlət müəssisəsi, habelə 90 torpaq sahəsi özəlləşdirilib. Həmçinin 30 maarif, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair qərar qəbul edilib.

İlin birinci rübündə 23 səhmdar cəmiyəti yaradılıb. Bu, 2006-cı ilin analoji dövrünün müvafiq göstəricisindən 4 dəfə artıqdır. Onu da əlavə edək ki, müvafiq müddət ərzində vaxtı keçmiş borcların sayı 4 dəfə azalıb.

Xəbər lenti

Xəbər lenti