...

Azərbaycan və Koreya avtomobil yollarının yenidən qurulması üzrə kredit razılaşması imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 21:04 (UTC +04:00)
Azərbaycan və Koreya avtomobil yollarının yenidən qurulması üzrə kredit razılaşması imzalayıb

Azərbaycan,Bakı/ Trend müxbir İ.X / Azərbaycan hökuməti və Koreyanın "Woori Bank"ı Gürcüstan sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi layihəsi üzrə kredit razılaşması imzalayıb. Bu barədə çərşənbə günü ölkənin Nazirlər Kabinetindən məlumat verilib.

Sazişin imzalanma mərasimi bu həftə Seulda keçirilib. Saziş Milli Məclisdə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək ki, bu da sənədin şərtlərindən biridir.

"Woori Bank" Yevlaxdan Gəncəyə qədər 88,8 km uzunluğunda olan yol sahəsinin maliyyələşdirilməsi üçün $180 mln. həcmində kredit təqdim edəcək.

Kredit resursları 18 illik, libor+0,8 faizi üzrə 3 il güzəştlə təqdim ediləcək. Layihə yol sahəsinin ikizolaqdan dördzolağa qədər genişləndirilməsini nəzərdə tutur. Hökumətdən bildiriblər ki, tikinti işləri təxminən üç aydan sonra başlanacaq.

Gürcüstan sərhədinə qədər yolun qalan hissəsinin bərpasını isə Fransanın "BNP Paribas" bankı maliyyələşdirəcək, kredit razılaşması barədə danışıqlar hələ davam etdirilir. Bank $300 mln. həcmində vəsait ayıracaq. Fransa bankının ayırdığı vəsait Hacılbulaqdan Yevlaxa qədər 184,8 km-lik və Qazaxdan Gürcüstan sərhədinə qədər 38 km-lik yol sahəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti