...

Rusiya banklarının Azərbaycan bazarına daxil olması "Kapital Bank"ın özəlləşdirilməsi ilə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Rusiya banklarının Azərbaycanın bank sektoruna daxil olması planı dövlət banklarının özəlləşdirilməsi ilə bağlıdır. Bu sözləri deyən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin bildirib ki, Azərbaycanla Rusiya arasında bank sektorundakı əməkdaşlıq iqtisadi-ticarət sahəsində əldə olunan səviyyədən geri qalır. Bu gün Azərbaycanda Rusiya kapitalı ilə yalnız bir bank fəaliyyət göstərir. Bu "UralSib Bank"ın təsis etdiyi "Nikoylbank"dır.

"Rusiya bankları özəlləşdirmə prosesini diqqətlə müşahidə edirlər. Rusiya bank strukturları buna maraq göstərirlər və biz onların bu prosesdə aktiv iştirak etmələri üçün əlimizdən gələni edəcəyik. Konkret olaraq söhbət 2007-ci ildə "Kapital Bank"ın özəlləşdirilməsindən gedir" - deyə o bildirib.

Şedrinin sözlərinə görə, Rusiyanın iqtisadi inkişaf naziri German Qrefin 2006-cı ilin oktyabrında Bakıya səfərindən sonra bank sferasında əməkdaşlığın artırılması üçün müvafiq tapşırıqlar verilib.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu çərçivəsində mübahisəli məsələlərdən biri xarici kapitalın bank sektorunda mövcudluğuna qoyulan məhdudiyyətlərdir. Rusiyanın da məhz bu problemlə üzləşdiyini deyən Şedrin hesab edir ki, bu kimi məsələlərin həllindən sonra Rusiya banklarının Azərbaycan bazarındakı fəallığı artacaq.

Xatırladaq ki, Rusiyaya məxsus "Vneştorqbank"ın rəhbərliyi Azərbaycan banklarının, ö cümlədən "Kapital Bank"ın aksiyalarının alınmasına maraq göstərdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti