...

Prezidentin mətbuat katibi: Azərbaycana Koreya biznes dairələri nümayəndələrinin səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 17:13 (UTC +04:00)
Prezidentin mətbuat katibi: Azərbaycana Koreya biznes dairələri nümayəndələrinin səfəri gözlənilir

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycana Koreyanın qeyri-neft sahəsindən olan şirkətlərin, əsasən də gəmiqayrıma, liman tikintisi və rabitə sahəsindəki şirkətlərin nümayəndələrinin səfəri gözlənilir. Bu barədə cümə axşamı İlham Əliyevin Koreyaya səfərinin yekunlarına əsasən jurnalistlərə Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov məlumat verib.

Qasımov bildirib ki, dövlət başçısının 23-25 aprel tarixdə Koreyaya səfəri çərçivəsində əsas yeri iqtisadi aspekt tutub. Prezidentlərin geniş tərkibdə görüşündə Əliyev Koreya şirkətlərini Azərbaycana təkcə investor kimi deyil, həmçinin bərabərhüquqlu kontraktor kimi dəvət edib.

O, prezidentin Koreya səfərinin siyasi aspektlərini də qeyd edib. Səfər zamanı prezidentlər birgə bəyannamə imzalayıb. Bəyannamə əsasən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Koreyanın mövqeyini əks etdirir.

Azərbaycan prezidentinin mətbuat katibi həmçinin humanitar sahədə imzalanmış sazişlərin vacibliyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti