...

Hökumət Azərbaycanda əhalinin siyahıya alınması ilə bağlı hazırlığı müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/Aprel ayının sonunda baş nazirin müavini Elçin Əfdəndiyevin rəbərliyi ilə 2009-cu ildə Azərbaycan əhalisinin siayahıya alınmasına hazırlıq çərçivəsində dövlət komissiyasının iclasının keçiriləcəyi nəzərdə tutulur. Bu barədə cümə axşamı Dövlət Sratistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Bu gün üçün əsas problem şəhər təsərrüfatının qaydaya salınmasıdır ki, bu məsələ də iclasda qoyulacaq.

"Çox təəssüf ki bu gün heç bir orqan bu proseslə (küçələrin adlarının və evlərin nömrələrinin göstərilməsi) məşğul olmur. Bəzi şəhər icra hakimiyyətlərinin nümayəndələri fikirləşirlər ki, bu, yalnız siyahıyalma ilə bağlıdır. Buna görə də şəhər təsərrüfatı sonuncu dəfə 1999-cu ildə qaydaya salınıb",-deyə A.Vəliyev söyləyib.

Hazırda tikinti işlərinin sayının xeyli artması ilə əlaqədar evlərin köhnə nömrələri yararsız olub. Amma bu məsələ siyahıyalma zamanı mütləq lazımdır. Proses zamanı rayonların ərazisi bir neçə hissəyə bölünür, nömrələmə düzgün olmasa, burda hər hansı bir ərazi ümumiyyətlə kənarda qala və ya təkrar hesablana bilər.

Daşınmaz əmlakın dövlət reyestr xidməti şəhərlərin və iri kəndlərin planlarının tərtibinə başlamalıdır, lakin evlərin nömrələnməməsi ucbatından bu proses ləngiyir. Bu prosesin ləngiməsi ilə əlaqədar dövlət komissiyasının iclasının keçirilmə vaxtı təxirə salına bilər. Belə ki, Dövlət Xidməti müvafiq materialları hazırlamalıdır.

Əhalinin siyahıya alınması ilə bağlı xərclər hələ ki, müəyyənləşdirilməyib. Amma Vəliyevin sözlərinə görə, əsas xərclər cəlb olunmuş ekspertlərin göstərdiyi xidmətlərə sərf olunacaq.

Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş plana əsasən, 2008-ci il martın 1-nə qədər Daşınmaz əmlakın dövlət reyestr Xidməti Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsi ilə şəhər, qəsəbə və kəndlərin 1:100000 həcmində sxematik planlarını hazırlamalıdır. Daha sonra bu materiallar Dövlət Statistika komitəsinə verilməlidir.

Maliyyə Nazirliyi də öz növbəsində 2008-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı şəhər, qəsəbə və kəndlərin sxematik xəritələrinin hazırlanması üçün vəsait ayırmalıdır.

Dövlət komitəsinin məlumatına görə, 2007-ci ilin 1 yanvarına Azərbaycanda əhalinin sayı 8532,7 min nəfərdir. Əhalinin hər kilometrə sıxlığı 98,5 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti