...

Azərbaycanda biznes sahəsində problemlərin həlli üçün təkliflər paketi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 15:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ş.Əlizadə/Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinə maneələr yaradan faktorların ləğv edilməsi üzrə təkliflər paketi hazırlayıb. Bu barədə çərşənbə günü konfederasiyanın prezidenti Ələkbər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ölkədə sahibkarlıq fəaliyyətinə maneə yaradan faktorlardan biri 53 faiz payı olan korrupsiyadır. İnhisarçılığın təsiri 26 faiz, digər faktorların təsiri isə 21 faiz qiymətləndirilir.

Məmmədov məlumat verib ki, korrupsiya faktları yerli və icra orqanlarında, xüsusilə də məhkəmə sistemində müşahidə edilir.

Məmmədov həmçinin hüquq-mühafizə orqanlarının sahibkarların fəaliyyətinə müdaxiləsinin səviyyəsinin aşağı düşməsini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti