...

Üç Azərbaycan şirkəti vergi hesab-fakturaları üçün blankların hazırlanması tenderində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Bu gün Azərbaycanın Maliyyə Nazirliyində vergi hesab-fakturalarının hazırlanması üçün tender təkliflərinin açılışı olub. Tender Komissiyasının sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, tender Nazirlər Kabinetinin 13 mart 2006-cı il tarixli Mərkəzləşdirilmiş qaydada hesabat, satış və sifarişin aparılması qaydalarına müvafiq olaraq elan olunub.

Artıq bu qaydalar təsdiq olunduqdan sonra ikinci tender keçirilir. Birinci tenderdə olduğu kimi, ikincidə də sifarişin ümumi həcmi 3 mln. hesab-faktura təkil edir. Bununla da Azərbaycanda bir il üçün vergi ödəyicilərinə tələb olunan hesab-fakturalar təmin olunur.

Bugünkü tenderdə üç Azərbaycan şirkəti - "Xazar Etiket", "Caşıoğlu" və "P.N.Novruz-94" istehsal-kommersiya firmaları iştirak edirdi.

"Xazar Etiket" sifarişi ƏDV daxil olmaqla 182 644 manata yerinə yetirməyi təklif edib. Sifariş 5 mərhələdə hər biri 600 min manat olmaqla iyunun 7-dən avqustun 8-nə qədər təhvil veriləcək.

"Caşıoglu" şirkəti isə sifarişi 177 min manata (ƏDV daxil) 3 mərhələdə hər birində 1 mln. ədəd olmaqla 4 iyun-24 iyul tarixlərində yerinə yetirməyi təklif edir.

"P.N.Novruz- 94" hesab-fakturaları 182 664 manata hər birində 500 min ədəd olmaqla 6 mərhələyə iyunun 9-dan avqustun 9-a qədər təhvil verməyi təklif edib.

A.Bayramov bildirib ki, təkliflərin qiymətləndirilməsi bu gün ərzində həyata keçiriləcək və qalib elan olunacaq.

Vergi hesab-fakturalarının mərkəzləşdirilmiş hesabatı 2006-cı ilin 1 iyulundan aparılır və ilk sifariş 166,380 min manata "Caşıoglu" şirkətində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti