...

Monitorinq Azərbaycanda "quş qripi" virusunun olmadığını aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Baytarlıq Xidməti şənbə günü "quş qripi" təhlükəsi ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. Xidmətin yaydığı məlumata görə, keçirilən monitorinq nəticəsində "quş qripi" virusu aşkar olunmayıb.

Vəhşi və müxtəlif təsərrüfatlarda saxlanılan ev quşlarından götürülmüş pataloji nümunələr üzərində laborator müayinələr aparılıb. Monitorinq Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə nazirliklərinin, Ovçuluq cəmiyyəti, Azərbaycan Elmlər Akademiyasının mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən keçirilib və Pirallahı adası, Abşeron yarımadası, milli parklar və Xəzəryanı sahil zolağını əhatə edib.

Növbəti monitorinq mayın 21-də aparılacaq.

2006-cı ildən bəri aparılmış 10 monitorinqin heç birində ölkə ərazisində "quş qripi" virusu aşkar olunmayıb. Buna baxmayaraq, bütün sərhədyanı baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, vəhşi quşların ovu, satılması və istifadəsinə qoyulmuş qadağa qüvvədə qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti