...

Azərbaycanın üçüncü bankı ölkə xaricində fəaliyyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 18:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ilin ikinci rübündə Zamin Bank səhmdar-kommersiya bankı Moskvada daimi nümayəndəliyini açacaq. Bu barədə bankın müşahidəçilər şurasının rəhbəri Nadir İsmayılov məlumat verib.

Bunun üçün artıq Azərbaycan Milli Bankının icazəsi alınıb, hazırda Rusiyanın Mərkəzi Bankından qərar gözlənilir.

İsmayılovun sözlərinə görə, ilin sonuna qədər həmçinin Gürcüstan və Ukraynada da nümayəndəliyin açılması nəzərdə tutulur. Bu, Zamin Bankın bu ölkələrdə maraqlarını daha fəal təmsil etməyə imkan verəcək və gələcəkdə bank əməliyyatlarının həyata keçirilməsinə başlamaq istisna olunmur.

Bu gün bank Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan bankları və digər banklarla müxbir münasibətləri qurub.

Zamin Bank Azərbaycanın Beynəlxalq Bankı və Qafqaz İnkişaf Bankından sonra ölkə xaricində təmsil olunmuş üçüncü bank olacaq.

Xəbər lenti

Xəbər lenti