...

Apreldə Azərbaycanda inflyasiya 0,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2007-ci ilin aprelində istehlak mallarının qiyməti və xidmət tariflərinin artım tempi mart ayı ilə müqayisədə 100,4 faiz təşkil edib. Bu ərzaq mallarının qiymətinin 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətinin isə 01 faiz artmasına səbəb olub.

Ay ərzində düyü, un, un və makaron məhsulları, ət və konserv məhsulları, mineral su, spirtli içkilər, sitrus meyvələri, alma, armud, kartof, soğan və kökün qiyməti artıb. Amma balıq məhsulları, təzə süd, şəkər, banan, xiyar, pomidor, göyərti, yumurtanın qiyməti isə ucuzlaşıb.

Qeyri-ərzaq məhsulları sırasınada aprel ayında üst geyimləri, qızdırıcılar, radio-telefonun qiyməti ucuzlaşıb. Iplikli parçalar, trikotaj, ayaqqabı, tikinti materialı, mebel, dərman preparatları, bəzi elektik avadanlıqları, kosmetik vasitələr, uşaq oyuncaqları, dəftərxana ləvazimatları, qızıl məmulatlarının qiyməti isə artıb. Aprel ayında pullu xidmət sahələrində tibbi xidmətlər və iaşə xidmətlərinə görə də qiymətlər artıb.

Xəbər lenti

Xəbər lenti