...

AtaBank "ISO 9001:2000" sertifikatı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 16:43 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/AtaBank "ISO 9001:2000" sertifikatının əldə edilməsi məqsədilə ilk audit yoxlaması keçib. Bu barədə "AtaHolding" ASC-dən məlumat verilib. Audit sertifikatlaşdırma sahəsində aparıcı beynəlxalq şirkətlərdən biri olan "Bureau Veritas" şirkəti tərəfindən aparılıb.

Aparılmış audit nəticəsində "Bureau Veritas" şirkəti banka bütün bank xidmətlərinə aid olan "ISO 9001:2000" sertifikatı təqdim edib.

"ISO 9001:2000" standartının tətbiqinin əsas məqsədi bütün proseslərin optimallaşdırılması və müştərilərə göstərilən xidmətlər səviyyəsinin yüksəldilməsi məqsədilə onların beynəlxalq səviyyəyə çatdırılmasıdır.

Bu gün Azərbaycanda beş bank bu standartları tətbiq edib: TexnikaBank, Bank Respublika, Uni Bank, Bank of Azerbaijan və AtaBank.

Xəbər lenti

Xəbər lenti