...

SECO tərəfindən BMK-nın Azərbaycanda korporativ idarəetmə üzrə layihəsinin müddəti uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 14:45 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycanda korporativ idarəetmə layihəsinin reallaşdırılması müddəti 2008-ci ilin avqustuna qədər uzadılıb. Bu barədə cümə günü "Səhmdarların hüquqları və səhmdarların ümumi yığıncağı: təcrübə, tələblər və mövcud tendensiya" mövzusunda keçirilən seminarda iqtisadi əlaqələr üzrə İsveçrə Dövlət Katibliyinin (SECO) Qafqaz üzrə müavini Tomas Meyer məlumat verib.

Onun sözlərinə görə, SECO layihənin müddətinin uzadılması ilə bağlı qərar qəbul edib, bu da korporativ idarəetmə üzrə əlavə seminar və məsləhətləşmələrin aparılmasına imkan verəcək. Maliyyə Korporasiyasının Azərbaycandakı layihəsi korporativ idarəetmə prinsiplərinin tətbiqi üzərində işləyir. BMK-nın təşəbbüsü ilə və SECO tərəfindən maliyyələşdirilən layihənin rəsmi açılışı 26 yanvar 2005-ci il tarixdə olub. Layihənin reallaşdırılması üç il üçün hesablanıb və onun ümumi büdcəsi 2,1 mln. dollar təşkil edib.

BMK proqram çərçivəsində səhmdar cəmiyyətlərini (şirkət və banklar) seçir. Seçimin kriteriyaları səhmdar cəmiyyət kimi təşkilatın statusu, idarəetmənin korporativ strukturunun mövcudluğu (müşahidəçilər şürası, idarə heyəti, ümumi yığıncaq) və onun keyfiyyətinin artırılmasına maraqdır. Korporativ idarəetmənin vəziyyətinin qiymətləndirilməsi ilə birgə benefisiarlar tərəfindən təşəbbüs, məsləhətləşmələr və maliyyə şəffaflığının artırılması tədbirləri növbəli şəkildə göstəriləcək.

Seminarda ACGP layihəsinin rəhbəri Çarlz Kenfildin bildirdiyinə görə, layihə Azərbaycanın 250 müxtəlif səhmdar cəmiyyətləri ilə əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi müddətdə layihə çərçivəsində 19 seminar keçirilib, müxtəlif şirkətlərə 300 məsləhətləşmə göstərilib, 31 bank və şirkət üçün treninqlər təşkil olunub, bank və şirkətlərə idarəetmənin korporativ standartlarının təşkili və tətbiqi üzrə xidmətlər göstərilib.

ACGP İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) Təşkilatının normalarına müvafiq olaraq idarəetmənin korporativ standartlarının tətbiqinə kömək edir.

Xəbər lenti

Xəbər lenti