...

Parlament komissiyasının sədri: "2007-ci ildə Azərbaycanın dövlət büdcəsi 500 milyon manat artacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 13:29 (UTC +04:00)
Parlament komissiyasının sədri: "2007-ci ildə Azərbaycanın dövlət büdcəsi 500 milyon manat artacaq"

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə / 2007-ci ildə Azərbaycanın dövlət büdcəsi minimum 500 mln. manat artırılacaq. Bunu çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, deputat Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, dövlət büdcəsinin artırılması ilə bağlı məsələ mayın 21-də İqtisadi siyasət daimi komissiyasının iclasında və mayın 25-də parlamentin plenar iclasında müzakirə olunacaq.

"Bu vəsaitlər əsasən sosial xərclərin artırılmasına və istehsal-sosial infrastrukturunun inkişafına yönələcək. Vəsaitləri elə istifadə etmək lazımdır ki, Azərbaycanda inflyasiyaya təzyiq artmasın" - deyə Səmədzadə əlavə edib.

Onun sözlərinə görə, məsələ elə qoyulub ki, xərclərin artırılması qiymətlərin yüksəlməsinə gətirib çıxarmayacaq. Deputat həmçinin qeyd edib ki, inflyasiya müəyyən halda təbii amildir.

"Pul kütləsinin dövriyyəsinə sistemli nəzarətin təmin edilməsi iqtisadi inkişafla bağlı tədbirlərimizi daha da genişləndirəcək" - deyən Səmədzadə əlavə edib ki, büdcə artımı ilə yanaşı əmək haqları, müavinətlər və sosial yardımlar da artacaq.

Xəbər lenti

Xəbər lenti