...

Azərbaycanda aprel ayında inflyasiyada qeyri-monetar amillər 87.7% iştirak payına malik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankının məlumatına əsasən, aprel ayında orta illik inflyasiya 16,5 faiz təşkil edib.

Mart ayı ilə müqayisədə istehlak qiymətlərinin artım tempi 0,4 faiz, ilin əvvəli ilə müqayisədə 9,7 faiz, ötən ilin aprel ayı ilə müqayisədə 16 faiz olub.

Yanvar ayı nəzərə alınmadan isə inflyasiya ilin əvvəlinə nisbətən 3,1%, əvvəlki ilin müvafiq ayına nisbətən 9%, orta illik isə 9,3% olub.

Ay ərzində ərzaq məhsulları 0,5%, qeyri-ərzaq malları 0,4%, xidmətlər 0,1% bahalaşmışdır.

AMB-nin iqtisadi modelinə uyğun olaraq inflyasiyanın formalaşmasında monetar amillər 12.3% istirak payına malik olub. O cümlədən pul kütləsinin 2007-ci ilin birinci rübündə 2,6% artımının laq effekti 12.3% təsir etmiş, qeyri-neft sektoru üzrə idxal çəkili NEM-in dəyişməməsi isə təsirsiz olub.

İnflyasiyada qeyri-monetar amillər 87.7% istirak payına malik olub. O cümlədən mal və xidmət təklifinin artımı 4% azaldıcı, inzibati qiymətlərin artımı birbaşa 39.1%, dolayı olaraq 26,1%, mövsümi amillər 18.5% artırıcı təsir payına malik olub.

İlk dörd ayda qiymətlər mövsümi olaraq 1,8% artıb. Qeyri-mövsümi amillər əsasən fiskal ekspansiyadan irəli gələn istehlak tələbinin artımından və inzibati qiymətlərin yüksəlməsindən ibarət olub. Bu dövr ərzində bəzi məhsulların mövsümi gecikməsi qiymətdə 0,6 faiz artımla nəticələnib.

Yanvar-aprel ayları ərzində ərzaq mallarının inflyasiyada istirak payı 48,9%, o cümlədən çörək, çörək məhsulları və yarmanın payı 5,2%, ət və ət məhsullarının payı 4,5%, meyvə-tərəvəz məhsullarının payı 35,7%, yağ və piy 2,7%, şəkər, çay 1,5%, içkilər və tütün 0,3%, süd və yumurta isə -1,1% təşkil edib.

Bu dövr ərzində qeyri-ərzaq məhsullarının payı 15,6%, xidmətlərin payı 35,4% olub.

İnflyasiyanın sektorial quruluşu ticari sektorda əvvəlki aya nisbətən 0,4%, əvvəlki ilin müvafiq ayına nisbətən 14,1%, qeyri-ticari sektorda isə əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin müvafiq ayına nisbətən 20,4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti