...

Azərbaycan Beynəlxalq Epizootik Büronun sessiyasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 18:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov Beynəlxalq Epizootik Büronun (World Organisation for Animal Health (OIE)) Beynəlxalq Komitəsinin mayın 20-dən 25-dək Parisdə keçirilən 75-ci baş sessiyasında iştirak edir.

Bazar ertəsi dövlət strukturunun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata əsasən, sessiyada Həsənov Azərbaycanda epizootik vəziyyət üzrə 2006-cı ilin yekunları üzrə hesabat təqdim edəcək.

Sessiya Büronun 168 üzv ölkəsi, həmçinin Büro ilə əməkdaşlıq edən beynəlxalq və regional təşkilat nəzarətçilərinin iştirakı ilə keçirilir. Beynəlxalq komitə OIE-nin siyasətini müəyyən edir və onun reallaşdırılmasına nəzarət edir.

Bu il sessiyanın gündəliyinə heyvan və heyvan məhsullarının dünyəvi ticarətinin təhlükəsizliyinin təminatı üzrə beynəlxalq standartların qəbulu, heyvan xəstəliklərinə qarşı mübarizə və baytarlıq xidmətləri işinin keyfiyyətinin yüksəldilməsi, bəzi komissiyalarda vakant yerlərə seçkilər və başqa məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti