...

"MBASK" rəhbəri: "Şirkətin nizamnamə kapitalının artırılması məqsədli xarakter daşımalıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Sığorta şirkətinin nizamnamə kapitalının planlaşdırılmayan artımı ROE (şəxsi kapitalın rentabelliyi) əmsalının azalmasına gətirib çıxarır. Bu sözləri çərşənbə axşamı yeni sığorta məhsulunun təqdimatına həsr olunan brifinqdə "MBASK" şirkətinin İdarə Heyətinin sədri Cəmil Məlikov deyib.

Sığorta haqqında yeni qanun layihəsinə əsasən, 2010-cu il yanvarın 1-dən Azərbaycanın sığorta şirkətlərinin nizamnamə kapitalı 3 mln. manat təşkil etməlidir. Hazırda isə müvafiq rəqəm 700 min manata bərabərdir.

Məlikovun fikrincə, belə bir artım məqsədli xarakter daşımalıdır. Əgər şirkət gəlir artımı olmadan nizamnamə kapitalını artırırsa, bunun mənası yoxdur.

"Əgər şirkət qarşısına iri investorları cəlb etmək, yaxud milyonyarımlıq riskləri sığortalamağı vəzifə olaraq qoyubsa, onda nizamnamə kapitalının artımı vacibdir" - deyə o vurğulayıb.

Məlikov qeyd edib ki, şirkətin nizamnamə kapitalının artırılması vacib strateji məsələdir və ona məntiqlə yanaşmaq lazımdır.

Bu gün "MBASK"ın nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. "MBASK" nizamnamə kapitalını 2005-ci ildə AYİB-lə başladığı əməkdaşlıq qrafiki çərçivəsində artıracaq.

Xəbər lenti

Xəbər lenti