Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" SC Küveyt Maliyyə Evi ilə birlikdə mayın sonlarınadək birgə investisiya fondunun yaradılması haqda bəyan verməyi planlaşdırır. Bu barədə "Azərbaycan İnvestisiya Şirkəti"nin icraçı direktoru Anar Axundov məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycandakı layihələrə birgə investisiyaların yatırılması ilə bağlı ilkin anlaşma hazırlanır.
"Azərbaycan İnvestisiya Şirkəti" Küveyt Maliyyə Evi ilə birgə bəzi perspektiv istiqamətlərdə əməkdaşlıq etməyi planlaşdırır. İnvestisiya fondundan başqa "Azərbaycan İnvestisiya Şirkəti"nin bir sıra iri layihələrdə iştirakı da nəzərdə tutulur. Burada SC səhmdar qismində çıxış edəcək.
Əməkdaşlığın daha bir istiqaməti "Public Private Partners" çərçivəsində tərəfdaşlıq, habelə özəl və dövlət şirkətlərinin əməkdaşlığı olacaq.