...

Yevlax-Gəncə magistralının yenidən qurulmasına dair kredit razılaşması təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan prezidenti Səudiyyə İnkişaf Fondu ilə Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulmasına dair imzalanan kredit razılaşmasını təsdiq edib.

13 mln. dollarlıq kredit müqaviləsi fevralın 12-də Azərbaycan Nəqliyyat Nazirliyi ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanıb. Sənədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Səudiyyə İnkişaf Fondunun vitse-prezidenti Yusif əl-Basam imza atıblar.

88,8 kilometrlik yolun yenidən qurulmasının dəyəri 61,7 mln. dollara bərabərdir. Vəsaitlərin bir hissəsini, yəni 15 faizini Azərbaycan tərəfi verəcək.

Magistraldakı işlər artıq bu il başlayacaq. Bu işlərin gələn ilin sonlarında yekunlaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti