...

"Bakı-Tbilisi-Qars dəmir yolunun təməlqoyma mərasimi Türkiyədəki seçkilərdən sonra olacaq" -Türkiyə səfiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı-Tbilisi-Qars dəmir yolunun təməlqoyma mərasimi Türkiyədə prezident seçkiləri keçirildikdən sonra olacaq. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qasrlıoğlu çərşənbə axşamı açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin dövlət dəmiryolu üzrə mütəxəssisləri toplaşacaqlar. Bundan əvvəl belə görüş Bakıda keçirilib, növbətisi Türkiyədə olacaq.

Səfirin sözlərinə görə, dəmir yolunun inşası zamanı Gürcüstanla Türkiyə arasında tunel çəkilməlidir. Türkiyə ərazisinin coğrafi quruluşu isə müxtəlifdir: "Tunel olacaq ərazilərdə dağlar, dərələr, göllər var. Hazırda bu işlərin texniki tərəfləri müzakirə edilir. Danışıqlar başa çatdıqdan sonra təməlatma olacaq. Amma Türkiyədə seçki ərəfəsi olduğu üçün bu məsələnin seçkilərdən əvvəl baş tutması çox çətindir"-deyə səfir bildirib.

O, dəmir yolu xəttinin çəkilməsi ilə bağlı dünən Naxçıvanda olarkən də müzakirə aparıldığını deyib.

Xatırladaq ki, iyulun 22-də Türkiyədə yeni parlament və prezident seçkiləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti