Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova /Bakı Banklararası Valyuta Birjası (BBVB) mayda onun valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyini təyin edib. Bu barədə valyuta birjasının bazar ertəsi yaydığı məlumatda bildirilib. Liderlər siyahısına "Azəriqazbank" səhmdar-investisiya bankı başçılıq edr.
Hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna "Bank Standard" QSC, Azərbaycan Beynəlxalq Bankı, "Unibank" ASC və "Bank of Baku" ASC daxil olub. "Azəriqazbank"ın payı 16,98 faiz, "Bank Standard" - 11,67 faiz, ABB-10,92 faiz, "Unibank" - 9,23 faiz və "Bank of Baku"-7,01 faiz təşkil edib.
Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində keçirilən hərraclarda 21 bank iştirak edib. Həmin dövrdə BBVB-də 42 ticarət sessiyası keçirilib və nəticədə 59 sövdələşmə qeydə alınıb.
Valyuta bölməsinin həcmi ötən ayda 26,965 milyon manat təşkil edib və dollar ekvivalentində 31,271 milyona çatıb. Ötən ilin may ayı ilə müqaisədə bu, 495 min manat və yaxud 1,6% çoxdur. Bununla belə, cari ilin yanvar-may ayları ərzində birjanın həcm göstəriciləri ümumi hesabda dollar ekvivalentində 446,748 milyona çatıb. Bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 147,533 milyon dollar və yaxud 49,31% çoxdur.