Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / May ayında milli valyuta olan manatın birja məzənnəsi 1 USD üçün 0,8645 manatdan 0,8593 manata qədər artmaqla 0,83 faiz möhkəmlənib. Bu barədə bazar ertəsi Bakı Banklararası Valyuta Birjasının yaydığı məlumatda göstərilib.
May ayında manatın ABŞ dollarına nisbətdə orta ölçüsü 1 USD - 0,8623 manat olub, aprel ayında isə bu göstərici 0,8656 manata bərabər olub.
Ümumilikdə isə son il ərzində milli valyuta olan manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 4,33 faiz möhkəmlənib.