...

QKDK-da "Royal Bank of Baku"nun imtiyazlı səhmləri qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Royal Bank of Baku" ASC-nin imtiyazlı adlı sənədzsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir. Emissiyanın həcmi 1,3 mln. manat, bir səhmin nominal dəyəri isə 200 manat təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında açıq yazılma metodu ilə həyata keçiriləcək. Anderrayter rolunda "AzerInterTrade" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti