...

Avstriyanın iqtisadiyyat nazirliyinin baş katibi: Bakı-Vyana birbaşa aviareysləri turizmin inkişafına xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı-Vyana birbaşa aviareysləri Azərbaycanla Avstriya arasında turizmin inkişafına xidmət edəcək. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə Avstriyanın iqtisadiyyat və əmək nazirliyinin baş katibi M.Ayxtinger deyib.

İİN-in yaydığı məlumata görə, görüş zamanı ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı, elektrik stansiyalarının inşası, məişət tullantılarının emalı və digər məsələlər müzakirə olunub.

Babayev qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına və Avstriya ilə müvafiq istiqamətdəki əməkdaşlığa böyük diqqət yetirilir.

Öz növbəsində Ayxtinger Bakıda keçirilən neft-qaz sərgisindən məmnunluğunu ifadə edib.

Görüş zamanı Avstriyanın iqtisadiyyat və əmək naziri M.Bartenştaynın sentyabrda Bakıya nəzərdə tutulan səfəri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti