...

Nazir müavini: "İsrail Azərbaycanla neft sahəsində əməkdaşlığın inkişafında maraqlıdır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 20:42 (UTC +04:00)
Nazir müavini: "İsrail Azərbaycanla neft sahəsində əməkdaşlığın inkişafında maraqlıdır" (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və İsrail arasında siyasi dialoq yüksək səviyyədədir, iqtisadi əlaqələr isə hər iki ölkə üçün cəlbedicidir. Bu barədə çərşənbə axşamı Bakıda İsrailin xarici işlər nazirinin müavini Yossi Qal ikigünlük səfərinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O, İsrail üçün xüsusi cəlbedici sahə kimi Azərbaycanın neft, o cümlədən telekommunikasiya, nəqliyyat və kənd təsərrüfatı sahələrini sadalayıb.

Bakıya səfəri çərçivəsində nazir müavini bu məsələləri xarici işlər, iqtisadi inkişaf, rabitə və informasiya texnologiyaları nazirləri ilə müzakirə edib.

"İki ölkənin iş adamlarının qarşılıqlı səfərlərinin təşkil olunması barədə razılıq əldə olunub. Bu, əməkdaşlığın daha çox inkişaf etməsinə xidmət edə bilər" - deyə nazir müavini söyləyib.

Nazir müavini qeyd edib ki, İsrail yüksək texnologiya, kənd təsərrüfatı və telekommunikasiya sahələrində olan təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti