...

Nazir: "Türkiyə rəsmən Azərbaycanın ÜTT-yə qəbulunu dəstəkləyib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2007 15:42 (UTC +04:00)
Nazir: "Türkiyə rəsmən Azərbaycanın ÜTT-yə qəbulunu dəstəkləyib"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Cümə axşamı Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı ikitərəfli danışıqların yekunlarına əsasən Azərbaycanla Türkiyə arasında protokol imzalanıb.

Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Türkiyənin xarici ticarət üzrə müşavirinin müavini Ülkər Gözəl imzalayıblar.

Babayevin sözlərinə görə, müvafiq sənədin imzalanması Türkiyənin Azərbaycanın ÜTT-yə qəbulu prosesində dəstəyinin təsdiqidir. "Hazırkı mərhələdə yalnız Türkiyə ilə bu cür protokol imzalanıb" - deyə nazir vurğulayıb.

Protokola əsasən, tərəflər xarici ticarət dövriyyəsi ilə bağlı qarşılıqlı güzəştlərə dair anlaşma əldə ediblər.

Gözəl Türkiyənin danışıqların əvvəlindən Azərbaycanı dəstəklədiyini və hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.

Ölkələr arasında sonuncu dəfə danışıqlar aprel ayında Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti