...

Azərbaycanda minimum əmək haqqının yenidən artacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmaylova/ Əhalinin Sosial Yardım Fondunun rəhbəri Səlim Müslümovun sözlərinə görə, fondun 2007-ci il planına minimum əmək haqqı və təqaüdlərin yenidən artırılması daxildir.

Müslümovun sözlərinə görə, cari ilin büdcəsini hazırlayarkən karbohidrogen ixracından əldə edilən gəlirləri sosial sahəyə xərcləmək təklif olunub.

Büdcənin müəyyən hissəsi sosial problemlərin həllinə yönəlib ki, bu da yoxsulluğun azalmasına, əhalinin maliyyə vəziyyətinin yaxşılaşmasına, təhsilin və ölkədə səhiyyənin səviyyəsinin yüksəlməsinə təsir göstərəcək.

Müslümov qeyd edib ki, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ilin sonuna yaxın 10 tibb müəssisəsi istismara veriləcək, Bakıda böyrək transplantasiya mərkəzi açılacaq. Həmçinin kurortların inkişafı ilə bağlı qanun layihəsi işlənib hazırlanıb.

Xəbər lenti

Xəbər lenti