...

Azərbaycan Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə düzəlişlər Prezident Aparatına təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun verdiyi məlumata görə, Fondun Nəzarətçi Şurası Fondun 2007-ci il üçün büdcəsinə edilən düzəlişlər layihəsini Prezident Aparatına təqdim edib. Bu dəyişikliklər şuranın 14 iyun iclasında nəzərədən keçirilib və ölkə prezidentinin təsdiqindən sonra qüvvəyə minəcək.

Büdcəyə düzəlişlər edilməsinə baxmayaraq il büdcə artıqlığı ilə bitəcək.

Əlavə xərclərin Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılması layihəsi ilə əlaqədar marşrutun Gürcüstan hissəsinin maliyyələşdirilməsinə yönəldiləcəyi gözlənilir.

Marabda-Axalkalaki dəmir yolunun bərpası, Axalkalakidən Türkiyəyə qədər dəmiryol xəttinin tikilməsi məqsədilə Azərbaycan Dövlət Neft Fondundan ümumilikdə 200 mln. manat ayrılacaq.

Bu il isə Fonddan 50 mln. manat ayrılcaq.

Bundan əlavə, ölkə prezidentinin sərəncamı ilə ARDNŞ-ın qarşılıqlı münasibətlərini nizamlamaq məqsdilə Fonddan ARNDŞ üçün 88,5 mln manat ($102 mln.) ayrılacaq.

Neft Fondunun 2006-cı ilin dekabrında təsdiq olunmuş 2007-ci il büdcəsinə əsasən, gəlirlər 1 555 7 mln. manat, xərclər isə 977,1 mln. manat dəyərində qiymətləndirilib. Düzəlişlərdən sonra Fondun büdcəsinin gəlirləri sabit qalıb.

Hazırda Azərbaycan Dövlət Neft Fondunun aktivləri 1,8 mlrd. dollar təşkil edir, ilin sonuna qədər isə bu rəqəmin 2 mlrd. dollara çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti