...

Azərbaycanda tikinti işlərinin həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Yanvar-may aylarında Azərbaycanda ümumi dəyəri 865,5 mln. manat olan tikinti işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu, 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 50,1 faiz çoxdur.

Tikinti sektorunda göstərilən xidmətlərin ümumi həcmindən 246,5 milyon manatlıq işlər dövlət müəssisələri, 619 mln. manatlıq işlər isə qeyri-dövlət müəssisələrinin payına düşür.

Tikinti işlərinin 81,1 faizi, yaxud da 702 mln. manat yeni tikililər, bərpa və genişləndirmə; 11,1 faiz, yaxud da 95,6 mln. manat - əsaslı təmir; 3,5 faiz, yaxud da 30,4 mln. manat - cari təmir; 4,3 faiz, yaxud da 37,5 mln. manat digər tikinti işlərinin payına düşür.

2007-ci ilin yanvar-aprelində tikinti sahəsində çalışanların orta aylıq məvacibi 371,1 manat təşkil edib. Bu, 2006-cı ilin müvafiq zaman kəsiyi ilə müqayisədə 17,4 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti