...

Gürcüstanın dövlət naziri dəmir yolunun satılması haqqında xəbərləri təkzib edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 14:50 (UTC +04:00)
Gürcüstanın dövlət naziri dəmir yolunun satılması haqqında xəbərləri təkzib edir

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın iqtisadi islahatlar üzrə dövlət naziri Kaxa Bendukidze hökumətin dəmir yollarının satılması niyyəti ilə bağlı xəbərləri təkzib edib. Bendukidze çərşənbə günü jurnalistlərə bildirib ki, "Özəlləşdirmə haqqında" qanuna dəyişikliklər hazırlanııb və burada özəlləşdirməyə aid olmayan obyektlər qəti surətdə göstərilib.

"Qanun layihəsi artıq parlamentə təqdim olunub və bu da müxalifətdə müəyyən narazılıq doğurub. Amma biz orda özəlləşdirilə bilən obyektlərin, məsələn, bağça və s.-lərin uzun siyahısını göstərmişik",-deyə o söyləyib.

Bendukidze qeyd edib ki, yerli hakimiyyət orqanlarının sərəncam vermək hüququ olan obyektlər də müəyyənləşdirilib.

"Bu obyektlər köhnə qanunda müəyyən olunmamışdı. Belə ki, özünüidarə orqanları yeni seçilib və hazırda onların səlahiyyətlərinin müəyyən olunması prosesi gedir",-deyə o bildirib.

Buna baxmayaraq müxalifət iddia edir ki, hökumət məktəblər, bağçalar, sututarlar, qəbiristanlıqlarla yanaşı özəlləşdirmə siyahısına dəmir yollarını da daxil edib. Qeyd etmək lazımdır ki, hazırda bu obyektin satılması qanunla qadağandır.

Xəbər lenti

Xəbər lenti