...

May ayında Azərbaycanın qeyri-neft sektorunda nominal effektiv məzənnə ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) ötən ilin dekabrı ilə müqayisədə 2007-ci ilin may ayında Azərbaycanın ticarət tərəfdaşlarının valyutası ilə müqayisədə manatın nominal effektiv məzənnəsinin (NEM) ucuzlaşmasını təsdiq edib. Bu barədə çərşənbə günü AMB-dən məlumat verilib.

Ümumi ticarət dövriyyəsində məzənnə 1,2 faiz, idxalda - 1 faiz, ixracda - 1,3 faiz artıb. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə NEM 0,4 faiz ümumi ticarət dövriyyəsində, 1 faiz ixrac, 0,6 fauz idxalada ucuzlaşıb.

AMB-nin hesablamalarına görə, ötən ilin sonu ilə müqayisədə may ayında neft sahəsi üzrə NEM-in ümumi ticarət dövriyyəsində və idxalda 1 faiz, ixracda 1,2 faiz ucuzlaşması qeydə alınıb. 2006-cı ilin müvafiq dövrünə uyğun olaraq məzənnə 0,8 faiz, 0,7 faiz və 0,5 faiz artıb.

Mart ayında nominal valyuta məzənnəsinin dəyişməsi ümumi ticarət dövriyyəsində real effektiv məzənnəyə 1,3 faiz, qiymətlərin dəyişməsinə isə 98,7 faiz (neft sektoru nəzərə alınmaqla) təsir edib. Bu o deməkdir ki, nominal məzənnə və qiymətlərin dəyişməsi real effektiv məzənnəyə artırıcı təsir göstərib.

2007-ci ilin may ayında manatın NEM-i 2000-ci ilin dekabrı ilə müqayisədə xarici ticarət üzrə (neft sektoru nəəzərə alınmaqla) 11,1 faiz, idxalda 5 faiz, ixracda 15,4 faiz azalıb. Qeyri-neft sektorunda manatın NEM-i ümumi ticarətdə 0,5 faiz, ixracda 10,3 faiz artıb, idxalda isə 1,3 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti