...

AİB Bakıda Azərbaycanda yol layihələri üçün multitranş paketi üzrə növbəti məsləhətləşmələr aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Növbəti həftə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında Masallı-Astara avtomagistralının bir hissəsinin yenidən qurulması layihəsinin kredit şərtləri üzrə məsləhətləşmələr aparılacaq. Bu barədə çərşənbə günü AİB-in Bakı nümayəndəliyindən mlumat verilib.

Nəzərə alınsa ki, Direktorlar Şurası 500 mln. dollar dəyərində multitranş paketi və layihə üzrə kredit müqaviləsini eyni zamanda təsdiq etməyi planlaşdırır, məsləhətləşmələr zamanı yolun Multitranche Financing Facility (MFF) vəsaitləri hesabına hansı hissəsinin maliyyələşdiriləcəyi dəqiqləşdiriləcək.

Asiya Bankının kredit ehtiyatlarının bir hissəsi əsasən (190 mln. dollar) adi ehtiyatlardan ayrılacaq (4 il güzəşt dövrü olmaqla libor +0,6 faizlə 24 il üçün). 10 mln. dollar isə güzəştli şərtlərlə ayrılacaq (8 il güzəşt dövrü olmaqla 1 faiz və qalan müddət üçün 1,5 faizlə 32 il üçün). Kreditin güzəştli hissəsi avtomagistrala birləşəcək ikinci dərəcəli kənd yollarının yenidən qurulmasına sərf olunacaq.

MFF çərçivəsində Asiya Bankı Azərbaycanda Masallı-Astara yolu da daxil olmaqla ümumilikdə üç yol layihəsini maliyyələşdirməyi planlaşdırır.

Nümayəndəlikdən bildiriblər ki, Direktorlar Şurasının təsdiq etməsinə uyğun olaraq kredit razılaşması üzrə danışıqlar iyulun sonuna təyin olunub. MMF və bu mexanizm çərçivəsində birinci yol layihəsi üzrə kredit müqaviləsi avqustun sonuna hazır olacaq.

Layihənin texniki-iqtisadi əsaslandırılması Amerikanın "TERA" şirkəti tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti