...

AB ekspertləri TRACECA çərçivəsində yük daşımaları ilə bağlı layihə hazırlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İyulun əvvəlində TRACECA nəqliyyat dəhlizi ilə yük daşımalarına dair layihənin texniki tapşırığının hazırlanması üçün Avropa Birliyinin ekspertləri Bakıya gələcək. Bu barədə cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev məlumat verib.

İlin sonuna kimi ekspertlər TRACECA çərçivəsində reallaşdırılacaq layihələr üzrə texniki tapşırıqlar hazırlamalıdırlar.

Bir müddət öncə Avrokomissiyanın ekspertləri Bakıda "Xəzər və Qara dənizlərin dəniz magistralları (nəqliyyat marşrutları)" layihəsinə hazırlıq çərçivəsində nəqliyyat idarələrinin nümayəndələri ilə görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti