...

Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi hesab edir ki, iki ölkə arasındakı mal dövriyyəsinin həcmi azdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın və Rusiyanın iqtisadi potensialını nəzərə alsaq, digər MDB ölkələri ilə müqayisədə iki dövlət arasındakı mal dövriyyəsinin səviyyəsini aşağı saymaq olar. Bunu cümə axşamı Azərbaycan-Rusiya beynəlxalq ticarət-iqtisadi konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

Şedrinin sözlərinə görə, indiki səviyyə ölkələr arasındakı əməkdaşlıq səviyyəsinə cavab vermir. Çünki Azərbaycanla Rusiyanın yetərincə imkanları var.

"Azərbaycanla Rusiya arasında açıq-aşkar investisiya əməkdaşlığı çatışmır" - deyə o bildirib.

"Biz bunu enerji resursları olmadan da əldə edə bilərik. İki ölkə arasındakı mal dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmaqla. Lakin bu da son hədd deyil" - Şedrin vurğulayıb.

Xəbər lenti

Xəbər lenti