...

Azərbaycanda qiymətli metallarla bağlı fəaliyyət üçün lisenziya verilməsi qaydalarında dəyişiklik edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da qiymətli metallarla bağlı fəaliyyət üçün lisenziya verilməsi qaydalarına dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, bu sahənin lisenziyalaşdırılması Azərbaycan Maliyyə Nazirliyindən asılı olacaq. Dövlət rüsumunun dəyəri isə aşağıdakı kimi olacaq:

- qiymətli metalların hasilatı və istehsalı üçün lisenziyanın dəyəri - 5 min manat;

- qiymətli metal və daşların istifadəsi və emalı, həmçinin zərgərlik məmulatlarının hazırlanması və təmiri üçün lisenziya - 500 manat;

- zərgərlik məmulatlarının topdan və pərakəndə satışını, onların əhalidən alınmasını nəzərdə tutan qiymətli metal və daşlardan olan məhsulların dövriyyəsi üçün lisenziya - 550 manat;

Prezident Fərmanına əsasən, bir ay müddətində Nazirlər Kabineti yeni Fərmanı da nəzərə almaqla mövcud qanunvericiliyə dəyişikliklər üzrə təkliflər hazırlamalıdır.

Xəbər lenti

Xəbər lenti