...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 12:50 (UTC +04:00)
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 853875 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 25-26-da (1 ABŞ dolları üçün 0, 8560 manat), minimum isə iyunun 28-29-da (1 ABŞ dollarına 0, 8558 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
18 iyun 0, 8563 25 iyun 0,8560
19 iyun 0, 8563 26 iyun 0,8560
20 iyun 0,8562 27 iyun 0,8559
21 iyun 0, 8562 28 iyun 0,8558
22 iyun 0, 8561 29 iyun 0,8558
Həftə ərzində orta 0,85622 Həftə ərzində orta 0,8559

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd (0,11 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0, 853875 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyunun 25-də (1 ABŞ dollarına 0, 8545 manat), minimum isə iyunun 29-da(1 ABŞ dollarına 0, 8534 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 25-də - 0, 8545 AZN/USD məzənnəsi ilə $$46,51 mln., iyunun 26-da bayramla əlaqədar olaraq sövdələşmə olmayıb, iyunun 27 -də - 0, 8541 AZN/USD məzənnəsi ilə $8,818 mln., iyunun 28-də - 0, 8535AZN/USD məzənnəsi ilə $22,7 mln., iyunun 29-da- 0, 8534 AZN/USD məzənnəsi ilə $4,7 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
18 iyun 0, 8563 25 iyun 0,8560
19 iyun 0, 8563 26 iyun 0,8560
20 iyun 0,8562 27 iyun 0,8559
21 iyun 0, 8562 28 iyun 0,8558
22 iyun 0, 8561 29 iyun 0,8558
Həftə ərzində orta 0,85622 Həftə ərzində orta 0,8559
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
18 iyun 0,8548 0,8545
19 iyun 0,8545 -
20 iyun 0,8545 0,8541
21 iyun 0,8542 0,8535
22 iyun 0,8544 0,8534
Həftə ərzində orta 0,85448 0,853875

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət 1 manatdan 11 manata qədər artıb. Özəlləşirmə çeklərinin fəaliyyət müddəti 1 yanvar 2008-ci il tarixindən bitir.

Xəbər lenti

Xəbər lenti