...

Nazir: Qazaxıstan və Gürcüstan arasında əməkdaşlıq daha da intensivləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 18:48 (UTC +04:00)
Nazir: Qazaxıstan və Gürcüstan arasında əməkdaşlıq daha da intensivləşib

Qazaxıstan, Astana /müx Trend K.Arınova/ "Qazaxıstan Gürcüstanın əsas ticarət tərəfdaşıdır. Son illər ərzində bizim əməkdaşlığımız daha intensiv və hərtərəflidir" -deyə Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveldze bazar ertəsi Qazaxıstan paytaxtında Tbilisi günü çərçivəsidə keçirilən birinci Qazaxıstan-Gürcüstan biznes-forumunda çıxışı zamanı bildirib.

Nairin sözlərinə görə, 2006-cı ildə iki ölkə arasında ticarət mübadiləsi 2005-ci illə müqayisədə 90% artıb və 41 mln. dollar təşkil edib.

Cari ilin yeddi ayı ərzində 2005-ci illə müqayisədə artım 219 % təşkil edib və 40,5 mln. dollara çatıb.

"Gürcustan iqtisadiyyatına qoyulan sərmayələr 2006-cı ildə 152 mln. dollar təşkil edib, Qazaxıstan ABŞ və Böyük Britaniyadan sonra 3-cü yeri tutur.

Belə ki, hazırda Qazaxıstan biznesmenləri öz vəsaitləri ilə nəinki ticarət sahəsinə, həmçinin tikinti, energetika, bank sektoru sahələrinə daxil olublar" - deyə Arveladze bildirib.

Gürcüstan nazirinin fikrincə, bu, ölkə rəhbərliyinin siyasəti sayəsində baş verib və ölkədə biznesə "yaşıl işıq" yandırılıb.

"Gürcüstan biznesin sərbəst yaradıldığı bir yerdir. Dünya Bankının məlumatına görə, bu cəhətdən biz bu il 25-ci yeri tutmuşuq, ötəni il isə biz 39-cu yeri tuturduq"- deyə nazir bildirib.

O əlavə edib ki, son il ərzində vergilərin bütün növləri aşağı salınıb və korrupsiyaya qarşı amansız mübarizə aparılır.

"Gürcüstan hökuməti sutkanın 24 saatı və həftənin 7 günü biznesi müdafiə etməyə çalışır, bizim ölkəyə gəlin, gürcü şərabından dadın, bizim ölkədə dincəlin və öz vəsaitlərinizi bizim ölkədə saxlayın" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti