...

Azərbaycanın investisiya şirkəti yodlaşdırılmış və saflaşdırılmış duz istehsalı üzrə zavodun inşasına investisiya qoyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurası "Azərbaycan duzu" QSC istehsalat birliyinin nizamnamə kapitalına investisiyaların yatırlılması ilə bağlı qərar qəbul edib. Bu barədə "Azərbaycanın investisiya şirkəti"ndən bildiriblər.

İnvestisiya şirkəti layihəyə 2,9 mln. dollar yatırmağı düşünür və QSC-nin nizamnamə kapitalının 25 faizini almağı planlaşdırır.

İnvestisiya layihəsinin başlıca məqsədi Masazırda yodlaşdırılmış və saflaşdırılmış duzun istehsalı ilə bağlı zavodun inşasıdır. Yodlaşdırma prosesi üçün duz Masazır gölü ətrafındakı ərazilərdə yerləşən ərazilərdən yığılacaq. Həmçinin duzun Türkmənistandan gətirilməsi nəzərdə tutulur.

Zavodda gündəlik 100 min ton yodlaşdırılmış duzun istehsal ediləcəyi planlaşdırılır. İllik istehsalat isə 30 min ton təşkil edəcək.

Yod çatışmazlığı probleminin aktuallığını UNİCEF-in donor dəstəyi ilə həyata keçirilən "Yod çatışmazlığı problemi və universal duzun yodlaşdırılması" layihəsinin nəticələri üzə çıxarıb.

Xəbər lenti

Xəbər lenti