Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Cümə axşamı Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədr müavini Vaqif Əkbərovun verdiyi məlumata görə, Azərbaycanın Ədliyyə Nazirliyi ABB-nin törəmə şirkəti olan "AzeriLeasing" lizinq şirkətini "Joint Leasing Company" adı altında qeydiyatdan keçirib.
Yenidən qeydiyyatdan keçmə bankın səhmdarlarının tərkibinə "Dolphin Leasing" Britaniya şirkətinin daxil olması ilə bağlıdır.
Əkbərovun sözlərinə görə, "Dolphin Leasing" "AzeriLeasing" şirkətinin nominal üzrə kapitalında 52,3% iştiraka malikdir, lakin şirkət artıq yeni proqram təminatı təşkil edib və bunun əsasında Avropanın aparıcı lizinq şirkətləri fəaliyyət göstərir.
Yaxın zamanlarda səhmdarların yığıncağının keçirilməsi planlaşdırılır və bu yığıncaqda lizinq şirkətinin kapitalının artırılması məsələsinə baxılacaq. Hazırda şirkətin kapitalı 800 min dollar dəyərində formalaşdırılıb.
Hazırda şirkətin lizinq portfeli 35 mln. dollar təşkil edir və illik artımın 20-30% artacağı gözlənilir.
Əkbərov hesab edir ki, "Dolphin Leasing"in lizinq şirkətinin səhmdarlarının tərkibinə daxil olmasından sonra xarici bazarlardan resursların cəlb edilməsi imkanları genişlənir. Hələ ki, "Joint Leasing Company" ABB-nin hesabına lizinq əməliyyatlarını maliyyələşdirir.
"AzeriLeasing" şirkəti ABB tərəfindən təsis edilib və nizamnamə kapitalında iştirakı "Dolphin"in daxil olmasına qədər 90% təşkil edib, qalan 10% isə ABB-nin kommunikasiya şirkəti olan "Biznes- rabitə" şirkətinə məxsusdur.