Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Banklar Assosasiyasının prezidenti Eldar İsmaylovun verdiyi məlumata görə, 10- 15 gün ərzində Azərbaycan Banklar Assosiyasiyası (ABA) assosiasiyanın yeni nizamnaməsinin və 2007-2011-ci illər üçün nəzərdə tutulmuş fəaliyyətin əsas istiqamətlərinin təsdiqi məqsədilə konfrans keçirmək niyyətindədir. Belə qərar ABA-nın rəyasət heyətinin iyulun 6-da bu sənədlərin təsdiqə hazır olduğunu müəyyən etmək məqsədilə keçirilən yığıncağında qəbul olunub.
"Yay tətilləri və məzuniyyət dövrləri səbəbindən biz assosiasiyanın ümumi iclasını təxirə salmağı planlaşdırmırıq" - deyə İsmayılov bildirib. Onun sözlərinə görə, nizamnamənin və strateji planın layihəsi assosiasiyanın bütün üzvləri ilə razılaşdırılıb. Bu sənədələr həmçinin ictimaiyyətin müzakirəsinə verilib, belə ki, bir ay bundan əvvəl sənədlər "Bakı və biznes" və "İqtisadiyyat" jurnallarında çap olunub.