...

Gürcüstanın azərbaycanlılar məskunlaşan regionunda mal-qara arasında brüsellyoz yayılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 10:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia / Gürcüstanın azərbaycanlı əhali məskunlaşdığı

Kvemo-Kartli regionunda onlarla brüsellyoz faktı aşkarlanıb. Axalqor, Qardabani və Marneuli rayonlarında onlarla xəstə heyvan qeydə alınıb. Marneuli rayonunun Sereteli kəndində 30-dan çox mal-qara brüsellyoza yoluxub.

Dünən kəndə Gürcüstan Baytarlıq Departamentinin ekspertləri baş çəkiblər. Əhali hökumət orqanlarına müqavimət göstərərək mal-qaranı məhv etmək istəmir.

Xəstə heyvanın ətindən qida kimi istifadə edilməsi insanın brüsellyoza yoluxmasına gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti