...

İyunda Bakının ilkin daşınmaz əmlak bazarının portfeli azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakının ilkin daşınmaz əmlak bazarında iyun ayında bir kvadratmet üçün orta qiymət $1013 olub. Bu barədə "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatında göstərilib.

İlkin əmlak bazarında portfel ixtisar olunub. Bu, bir çox binaların tikintisinin dayandırılması və məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqədardır. Qiymət indeksinin artımı 1,1 faiz təşkil edir.

Ictimai birliyinin müşahidələri göstərir ki, qiymətlərin artımı tələbatla deyil, inflyasiya xərclərinin artması ilə əlaqədardır.

İlkin bazarda orta mənzil sahəsi 122,8 kvadratmetr, otaqların sayı 2,6, mərtəbə göstəricisi 15,4, qeyri-yaşayış sahəsinin payı isə ümum sahənin 9,4 faizi qədər olub.

Xəbər lenti

Xəbər lenti