Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəkidə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 78 rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi rəhbərlərinin iştirakı ilə cümə günü 6 ayın yekunlarına dair kollegiya iclası keçirilib. İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, ən çox nöqsan ünvanlı sosial yardımların verilməsi ilə bağlıdır. Nazirin sözlərinə görə, ünvanlı sosial yardımların verilməsində qanunsuzluqlara yol vermiş 8 nəfər tutduğu vəzifədən azad edilib, nazirliyin 50-dən artıq əməkdaşı cəzalandırılıb.
Ələkbərov şəhid ailələri üçün 100 manat dəyərində aylıq yardımların verilməsində də ciddi nöqsanlar olduğunu bildirib.
Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.