...

Azərbaycan rayonlarının birində çörəyin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Lənkəran /müx. Trend P.Əliyeva/ Son günlər Lənkəran rayonunda çörəyin bəzi növlərinin qiymətlərində artım müşahidə olunur. Əgər əvvəllər təndir çörək 20 qəpiyə satılırdısa, indi onun qiyməti 30 qəpikdir. Bu növ çörəyin satışı ilə məşğul olan məntəqələr bunu unun qiymətlərinin artması ilə ələqaləndiriblər. Onlar həmçinin qeyd edirlər ki, çörəyin çəkisi artıb. Lakin alıcılar bunu inkar edirlər.

Lənkəran rayonunun əhalisi hazırda digər növ çörəyi almağa üstünlük verir. Həmin növlərin qiymətləri hələ artmayıb.

Xəbər lenti

Xəbər lenti