...

Ekspert: Azərbaycan hökuməti çörəyin qiymətinin qalxmasını dayandıra bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend .Ü. İsmayılova/ Azərbaycan hökuməti çörəyin qiymətinin qalxmasını dayandıra bilməz, bazar ertəsi Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun verdiyi məlumatda belə deyilir.

Hüseynovun sözlərinə görə, artan qiymətlərə Kənd Təsərrüfatı Nazirliyinin taxıl idxalçıları üçün güzəştlərin tətbiq edilməsi kimi tədbirləri də təsir göstərə bilməz.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi istisna etmir ki, çörəyin qiymətinin sabitləşdirilməsi məqsədilə taxıl idxalçıları üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı təklif irəli sürülsün.

Hüseynov qeyd edib ki, çörəyin qiymətinin artması iki səbəbdən baş verir: Azərbaycan hökumətinin istehlak siyasətinin olmaması və Tarif Şurasının enerji daşıyıclarının qiymətinin artırılması barədə yanvar qərarı.

"Kəndlilər artıq torpağı becərmirlər, ona görə ki, bu səmərəsizdir və baha başa gəlir" - deyə o bildirib.

Azərbaycanda çörəyin qiyməti 0,3 manatdır. Son zamanlar bir sıra rayonlarda çörəyin qiyməti 50% artıb.

Xəbər lenti

Xəbər lenti